Ukrayna Prezidenti Volodimir Zelenski Qətər Əmiri Təmim bin Həməd Əl-Tani ilə danışıqlar aparmaq üçün adıçəkilən ölkədə səfərdədir.
Bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.
“Qətər Sülh Sammitinin hazırlanmasında fəal iştirak edib və orada insanların evlərinə qayıtması, qlobal ərzaq, nüvə və enerji təhlükəsizliyi üçün Yaxın Şərqin səslərindən birinə çevrilməlidir”, - Zelenski yazıb.
O həmçinin qeyd edib ki, Qətər əmiri ilə iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində bir sıra ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir.