“Yalnız narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqi ABŞ-da narkotik problemini həll edə bilər”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Fentanil bizim insanlarımızı öldürür. Narkotik tacirləri üçün ölüm cəzasını tətbiq etməyincə, siz heç vaxt narkotik problemini həqiqətən həll etməyəcəksiniz ”, - deyə o qeyd edib.
Daha əvvəl “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask fentanil saxlamağa görə sərt cəzaların tətbiqini təklif etmişdi.