Rusiya ilə Şimali Koreya arasında dəmiryolu əlaqəsi bərpa olunub.
Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Bildirilib ki, rusiyalı turistlərin olduğu ilk qatar 4 illik fasilədən sonra Koreya Xalq Demokratik Respublikasına yola düşüb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Rusiyanın Şimali Koreya ilə dəmir yolu əlaqəsi dayandırılıb.