Ukrayna Prezidenti Vladimir Zelenski Fransaya gedib.
Bu barədə Ukrayna Prezidenti "X" hesabında bildirib.
Prezident Zelenski qeyd edib ki, o, vacib görüşlər keçirəcək, eyni zamanda, müttəfiqlərin Normandiyaya daxil olmasının 80 illiyi ilə bağlı xüsusi tədbirdə iştirak edəcək.
"Müttəfiqlər o zaman Avropanın azadlığını müdafiə edirdilər, indi də ukraynalılar bunu edir. O zaman birlik qalib gəldi, bu gün də həqiqi birlik qalib gələ bilər", - Zelenski paylaşımında bildirib.