Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti Berlində alman həmkarları ilə danışıqlar aparıb.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, Ermənistan və Almaniyanın müdafiə nazirlikləri arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzalanıb.
Görüşlər zamanı Ermənistan və Almaniya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.