İqlim dəyişikliyi və nüvə silahları planetdə bəşəriyyətin mövcudluğu üçün ən əsas təhlükələrdir.
TASS bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Parisdə fransalı həmkarı Emmanuel Makronla birgə çıxışı zamanı deyib.
ABŞ lideri vurğulayıb ki, "iqlim dəyişikliyinin mövcud təhlükəsi getdikcə güclənir. Biz dünyanın xalis sıfır emissiyaya keçidini sürətləndirmək üçün birlikdə işləyirik. Bu, bəşəriyyət üçün nüvə silahları ilə birlikdə əsas ekzistensial təhlükədir", - Ağ Evin sahibi bildirib.