Yəmənin Ədən limanı sahillərində gəmiyə zərbə endirilib.
Bu barədə Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi məlumat yayıb.
Hadisə limandan 129 km cənub-qərbdə qeydə alınıb. Kapitan gəminin arxa hissəsinə mərmi düşdüyünü və gəmidə yanğın başladığını bildirib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Yəmənin şimalında Qırmızı dəniz sahillərinin əksər hissəsinə qiyamçı husilər nəzarət edir. Husilər Fələstinə dəstək məqsədilə İsraillə bağlı ticarət gəmilərini hədəf alacaqlarını bəyan ediblər.