Fransada Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların inamlı qələbəsi ilə əlaqədar prezident Emmanuel Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib.
Senzor.az-ın məlumatına görə, Makron bildirib ki, növbədənkənar parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutacaq.
Müraciətində Fransa prezidenti vurğulayıb ki, Avropa seçkilərinin nəticələri avropərəst qüvvələr üçün “yaxşı deyil” və “artan millətçilər və demaqoqlar ölkə üçün təhlükə yaradır”.
Exit-poll nəticələrinə görə, Fransada ifrat sağçı Milli Ralli (MN) Avropa Parlamentinə seçkilərdə 31,5%-dən 33,3%-ə yüksələrək liderdir. İkinci yerdə, əhəmiyyətli geriləmə ilə, prezidentin Dirçəliş partiyası və onun mərkəzçi müttəfiqlərinin siyahısıdır. O, 15,1-15,2% səs toplayır...
Senzor.az