Ərdoğan İspaniyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də İspaniyaya səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.

 

İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.

 

Qeyd edək ki, ötən il Türkiyə ilə İspaniya arasında qarşılıqlı ticarətin həcmi təxminən 19,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən İspaniyaya ixracatın həcmi 9,3 milyard dollar təşkil edib ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. İki ölkə arasında ticarətin əsasını avtomobil sektoru, geyim, kimyəvi maddələr, elektronika kimi sahələr təşkil edir.

 

Statistik rəqəmlərə əsasən, ötən il Türkiyədə 775-dən çox ispan firması fəaliyyət göstərib. Türk ilə ispan şirkətləri arasında əməkdaşlıq daha çox rəqəmsallaşma və yaşıl transformasiya sahələrini əhatə edir. Son səkkiz il ərzində ispan şirkətlərinin Türkiyəyə yatırdıqları sərmayə 10,5 milyard dollara çatıb. Hazırda səhiyyə və turizm sahələrində inkişaf ikitərəfli münasibətlərin gündəmində yer alır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.