“Gürcüstan və Rusiya rəhbərliyi iki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə bağlı fəal işlər görür”.
Məlumatı öz mənbələrinə istinadən Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı yayıb.
“Əldə etdiyimiz məlumata görə, hakim “Gürcü arzusu” partiyası və Rusiya rəhbərliyi diplomatik münasibətlərin bərpa edilməsi ilə bağlı fəal işlər görür və danışıqlar aparır. Ölkə rəhbərliyi Moskvada Gürcüstan Səfirliyini açmağı planlaşdırır, hətta artıq əməkdaş seçimi də başlayıb”, - deyə telekanal iddia edib.
Qeyd edək ki, Moskva 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdıqdan sonra Gürcüstanla Rusiya arasında münasibətlər kəsilib.