İspaniyanın Fələstinə dəstəyi son dərəcə vacibdir.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniya Kralı VI Filip ilə görüşündə deyib.
Türkiyə liderinin fikrincə, İsrailə artan beynəlxalq təzyiqlər “davamlı sülhün qapısını aça bilər”.
Dövlət başçısı vurğulayıb ki, İsrailin Fələstin ərazilərindəki soyqırımı siyasətinə dərhal son qoyulmalıdır.
Danışıqlar İspaniya monarxının rəsmi iqamətgahı olan Zarzuela sarayında bağlı qapılar arxasında keçirilib.
İclasda hər iki ölkənin nümayəndə heyətləri iştirak edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında iştirak etmək üçün Madridə səfər edib.
Senzor.az