Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirmək hüququ var - STOLTENBERQ
Yenilənib

Ukraynanın Rusiya ərazisindəki hərbi əhəmiyyətli hədəfləri vurmaq hüququ var.


Bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.


NATO Baş katibi bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya verilən silahların istifadəsinə dair müxtəlif məhdudiyyətləri var. "Amma mən müttəfiqlərin Rusiya daxilindəki hərbi hədəflərə qarşı da silahdan istifadəsi ilə bağlı məhdudiyyətlərini azaltmasını və ya aradan qaldırmasını alqışlayıram. Çünki biz başa düşməliyik ki, bu, işğalçılıq müharibəsidir. Rusiya Ukraynaya hücum edib və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var və özünümüdafiə hüququna təcavüzkar Rusiyanın ərazisinin qanuni hərbi hədəflərinə zərbələr endirmək də daxildir".


Baş katib Stoltenberq deyib ki, əgər Ukraynaya ona hücum edən hərbi hədəfləri vurmağa icazə verilmirsə, lakin eyni zamanda Ukraynadan özünü müdafiə etmək istənilirsə bu bir növ ölkənin "əllərini arxadan bağlamaqla " müqayisə oluna bilər.


"Özünümüdafiə eskalasiya deyil. Özünümüdafiə hüququ BMT nizamnaməsində təsbit olunub və bizim Ukraynaya özünümüdafiə etməkdə kömək etmək hüququmuz var və bununla da NATO müttəfiqləri münaqişənin tərəfinə çevrilmir".


NATO Baş katibi xatırladıb ki, indiyədək döyüşlərin böyük hissəsi Ukrayna ərazisinin dərinliklərində gedirdi, "lakin indi Rusiya şimalda yeni cəbhə açıb".


"Xarkov birbaşa Rusiya ərazisindən, sərhədin üzərindən bombardman edilir. Sərhəd və cəbhə demək olar ki, eynidir. Əgər Rusiya artilleriyası, raketləri ərazinin Rusiya tərəfində təhlükəsiz bir şəraitdə olarsa, Ukraynanın özünü müdafiə etməsi son dərəcə çətinləşər.


Ukraynanın Rusiya ərazisinin hərbi obyektlərinə zərbə endirmək hüququ var", - Stoltenberq vurğulayıb.

**12:37

NATO-nun Baş katibi Yens Stoltenberq hətta ifrat sağçı bir hökumətin hakimiyyətə gəlişindən sonra belə Fransanın alyansın əsas üzvlərindən biri olaraq qalacağını gözləyir.


Yerli KİV xəbər verir ki, bu barədə Baş katib Stoltenberq NATO müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.


“Mən Fransanın gələcəkdə də sadiq NATO müttəfiqi olaraq qalacağını gözləyirəm. NATO 32 üzvdən ibarət ittifaqdır, bizdə tez-tez seçkilər olur və məndən tez-tez soruşurlar ki, yeni hökumət NATO-nun tərəfdarı olacaqmı? Buna seçicilər qərar verməlidir, lakin təcrübə göstərir ki, sonda müttəfiqlər həmişə birləşiblər, çünki bu, ölkələrin öz maraqlarına da uyğundur”, - o qeyd edib.


Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə Fransadan ifrat sağçı "Milli Birlik" partiyası digər partiyaları qabaqlayıb, səslərin 30 faizdən çoxunu qazanıb. Bunun ardınca Fransa Prezidenti Emmanuel Makron ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.