Livandan İsrailin şimal regionlarına 40-a yaxın mərmi atılıb.
TASS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ərazisinə 5 şübhəli hava hədəfi buraxılıb.
“Son bir neçə saat ərzində Qaliley və Qolan yüksəkliklərinin ərazilərinə 40-a yaxın mərmi atılıb. Çoxlu sayda mərmi hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. Amma bir neçə əraziyə zərbə endirilib. Bu, nəticədə yanğına səbəb olur”, - məlumatda qeyd edilib.