Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden iyunun 13-də onillik ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Senzor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib.
"Tərəflər bu razılaşmanı Ukraynanın NATO — ya mümkün üzvlüyünə körpü kimi tanıyırlar", - müqavilənin mətnində deyilir.
Saziş İtaliyanın cənubundakı Puglia şəhərində G7 sammiti zamanı imzalanıb.
Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Jake Sullivan cümə axşamı günü müqaviləni imzalamaq planlarından danışmışdı. ABŞ "yeddilik" ölkələrinin sonuncusu və ümumilikdə Ukrayna ilə oxşar saziş imzalayan 17-ci ölkə olub.
Senzor.az