Şimali Koreya Rusiyaya 4 milyon 800 min ədədə yaxın artilleriya mərmisi, naməlum sayda ballistik raket, eləcə də digər təyinatlı silah-sursat göndərib.
“Bloomberg“’in xəbərinə görə, bunu Cənubi Koreyanın müdafiə naziri Sin Von-sik deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı bu sayın artırılmasına dair razılıq əldə olunması gözlənilir.
Nazirin sözlərinə görə, bunun müqabilində rəsmi Moskva kiçik ölçülü müşahidə peykləri, habelə tank və bir neçə ədəd qırıcı təyyarə göndərib.
Qeyd edək ki, növbəti həftə Şimali Koreya lideri Kim Çen In 2000-ci ildən sonra ilk dəfə olaraq Moskvaya səfər edəcək.