NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.
NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.