Tramp Baydenlə Zelenskinin imzaladığı təhlükəsizlik sazişini ləğv edə bilər

Donald Tramp 2024-cü ilin payızında yenidən ABŞ prezidenti seçilərsə, Volodimir Zelenski və Co Bayden tərəfindən ABŞ və Ukrayna arasında imzalanmış ikitərəfli təhlükəsizlik sazişini ləğv edə bilər.

 

Bu barədə “The Washington Post” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

 

“Tramp və ya hər hansı gələcək prezident qanuni qüvvəyə malik olan sazişdən çıxa bilər”, - deyə yüksək səviyyəli rəsmilər bildiriblər.

 

Məqalədə o da deyilir ki, saziş yalnız ABŞ və Ukraynanın hazırkı administrasiyaları arasında bağlanıb və buna görə də Trampın seçki yarışında Baydeni qabaqladığını nəzərə alsaq, bu razılaşmanın gələcəyi hələ də bəlli deyil. Bundan əlavə, imzalanmış sənəd Ukraynanın NATO-ya daxil olmasına heç bir zəmanət vermir.

 

“The Washington Post”un iddiasına görə, Bayden-Zelenski razılaşması ABŞ Konqresi tərəfindən ratifikasiya olunmayacaq.

 

Xatırladaq ki, iyunun 13-də ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində 10 il müddətinə qüvvədə olacaq təhlükəsizlik sazişi imzalayıblar. Bildirilir ki, saziş Ukraynanın müdafiəsini gücləndirmək məqsədi daşıyır. Tərəflər hesab edirlər ki, bu saziş Ukraynanın NATO-ya mümkün üzvlüyünə körpüdür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.