ABŞ Prezidenti Cozef Bayden Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Roma Papası Fransisklə görüşündə Ukrayna və Qəzza zolağındakı münaqişələri müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Liderlər təcili atəşkəs və girovların azad edilməsi, eləcə də Qəzzada kritik humanitar böhranın həlli üçün razılaşmanın zəruriliyini vurğulayıblar”, –bəyanatda deyilib.
Amerika lideri həmçinin, Rusiyanın Ukraynaya hərbi təcavüzünün “humanitar nəticələrini aradan qaldırmaq” səylərinə görə pontifikə təşəkkür edib.