ABŞ mayın 31-də Somaliyə hava zərbəsi endirib.
Bu barədə NBC televiziya şirkəti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun hədəfi qruplaşmanın yerli qolunun lideri Əbdülkadir Mumin olub.
Bosaso şəhərindən 81 km aralıda silahlıların olduğu obyektlərə hava zərbəsi endirilib, təşkilatın üç üzvü zərərsizləşdirilib.
Lakin ABŞ hələ Muminin ölümünü təsdiqləməyib.