İsrailin Müdafiə Ordusu Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar zamanı daha səkkiz hərbçisinin öldüyünü təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Nazirlik onların hansı şəraitdə həlak olduğunu açıqlamır.
Son məlumatlar nəzərə alınmaqla Fələstin-İsrail münaqişəsinin yeni dövrü ərzində öldürülən İsrail hərbçilərinin ümumi sayı isə artıq 650-yə çatıb.