Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb.
Nəticədə 5 sərnişin həlak olub, daha 25 nəfər isə yaralanıb.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Qəzanın başvermə səbəbləri araşdırılır.