Rusiya Prezidenti Vladimir Putin dövlət səfəri ilə Pxenyana gedib.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidentini hava limanında Şimali Koreya lideri Kim Çen İn qarşılayıb.
Daha sonra liderlər eyni maşında hava limanını tərk ediblər.
Bu, Rusiya dövlət başçısının Şimali Koreyaya ikinci səfəridir. Putin ilk dəfə Pxenyana 2000-ci ildə səfər edib.
Putinin Şimali Koreyaya səfəri iki gün davam edəcək. Çərşənbə günü müxtəlif formatlarda danışıqlar, o cümlədən Rusiya və KXDR liderlərinin ikitərəfli görüşü planlaşdırılır.