Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb.
Bu barədə AFP məlumat yayıb.
Əksər zəvvar ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.
**10:29
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.
Bu barədə ərəb diplomata istinadən “France-Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir.
Ölənlərin 600-ə yaxını misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal, Tunis və Türkiyə vətəndaşlarıdır.
Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb.
Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.