İsrail ordusunun Livanın cənubundakı Deyr-Kifa şəhərinə aviazərbələri nəticəsində “Hizbullah” komandirlərindən Faisal İbrahim öldürülüb.
“The Jerusalem Post” xəbər verir ki, sözügedən şəxs təşkilatın bu ölkədəki cənub qanadına rəhbərlik edib.
Onun əsas vəzifəsi “Hizbullah”ın bölgədə törətdiyi və planlaşdırdığı terror hücumlarının təşkilindən ibarət olub.
Eyni zamanda, İsrail ordusunun hərbi aviasiyası yer-hava tipli raketlərlə “Hizbullah” terrorçularının gizləndiyi ehtimal olunan obyektləri də hədəfə alıb.