ABŞ administrasiyası hazırda istehsal olunan bütün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən “Patriot” və “NASAMS” sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib”, - C.Kirbi deyib.