İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra deyib.
"Biz oğurlanmış 120 nəfərin hamısını - həm diri, həm də ölü - geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik", - Netanyahu qeyd edib.
Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.