Venesuela Prezidenti Nikolas Maduro ölkə parlamentindəki ifrat sağ müxalifətin yeni bir dövlət çevrilişinə hazırlaşdığını bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Monagas ştatındakı tərəfdarları ilə görüşü zamanı hökumət və müxalifətin sülh naminə tarixi bir razılaşmaya nail olduqlarını və demək olar ki, bütün müxalifət liderlərinin bu razılaşmanı imzaladıqlarını vurğulayıb.
"Yalnız oliqarxiyanın iki marioneti imzalamadı. Sizcə, niyə onlar seçki komissiyasının qərarlarına və nəticələrinə hörmət etmək barədə razılaşmanı imzalamadılar? Çünki onlar saxtakarlıq barədə bəyanat verməyi planlaşdırırlar. Çünki zorakılıq və dövlət çevrilişi törətmək niyyətindədirlər", - deyə Prezident vurğulayıb.
Venesuela liderinə görə, ölkənin sağ müxalifətinin namizədləri Edmundo Qonsales və Enrike Markes, qarşıdan gələn seçkilərdə vahid namizəd onları qane etməyəcəyi təqdirdə iğtişaşlar təşkil etməyə hazırlaşırlar.