Fransada makronizm sona çatdı.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu şənbə günü Fransanın sabiq prezidenti, 2012-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransua Olland deyib.
Olland ölkədə yenidənqurma vaxtının yetişdiyini bildirib. Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub.
2017-ci ildə son dərəcə aşağı reytinqinə görə ikinci müddətə namizəd olmaqdan imtina edən Olland böyük siyasətə qayıtmağa cəhd etmək niyyətindədir. O, əvvəllər Tul kommunasının deputatı və meri olduğu Korrez departamentində (mərkəzi Fransa) solçu “Yeni Xalq Cəbhəsi” alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.
Qeyd edək ki, Makron partiyasının AP seçkilərini uduzduqdan sonra Milli Assambleyanı buraxıb. Ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.