İsrail müdafiə naziri Yoav Qallant ABŞ-a səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Qallant səfər zamanı Pentaqon şefi Lloyd Ostin və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Görüşlər zamanı israilli nazirin amerikalı rəsmilərlə Livanla sərhəddəki vəziyyəti, Qəzzadakı münaqişəni və ABŞ-İsrail münasibətlərini müzakirə edəcəyi bildirilir.