Qəzza zolağının Rəfah şəhərində HƏMAS-la aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq.
Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə televiziyasının 14-cü kanalına müsahibəsində deyib.
“Lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik. Təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”, - Baş nazir bildirib.
O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq.