Gürcüstanın şərqində, Kaxeti bölgəsində güclü tornado baş verib.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Qruziya” məlumat yayıb.
Fəlakət zamanı güclü külək Kaxetidəki eyniadlı monastır kompleksində XI əsrə aid Alaverdi kafedralının damını zədələyib.
Bəzi yerlərdə ağaclar kökündən qopub, avtomobillər aşıb, yaşayış binalarının dam örtüyü uçub.
Sosial şəbəkələrdəki bəzi istifadəçilər elektrik xətlərinin zədələndiyini bildirirlər.
O da qeyd olunur ki, Gürcüstan sinoptikləri iyunun 25 və 26-da güclü külək, dolu və dənizdə fırtına olacağı barədə əvvəlcədən xəbərdarlıq etmişdilər.
Senzor.az