Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.
“Tasnim” xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.
Məlumata görə, hadisə zamanı daha 5 nəfər yaralanıb.
Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.