"Türkiyənin İzmir və Balıkəsir bölgəsində baş verən meşə yanğınları nəzarət altına alınıb" - NAZİR
YENİLƏNİB

Türkiyənin İzmir və Balıkəsir bölgəsində baş verən meşə yanğınları nəzarət altına alınıb.


Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.


Nazir Yumaklı İzmirin Səlcuq rayonundakı yanğın böhranı mərkəzində jurnalistlərə açıqlama verib. O deyib ki, hazırda yanğınlar nəzarət altındadır.


Yanğının səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirən nazir Yumaklı bunları söyləyib: "Dünən 6 yanğın hadisəsi baş verib. İzmirdə bir risk qrupunda olan və Çeşmədə çıxan yanğın səbəblərini biri də söndürülməmiş siqaret olub. Şüurlu və ya şüursuz olaraq hər hansı bir şəkildə yanğına səbəb olanlar çox ciddi sanksiyalarla qarşılaşacaq. Bunların qarşısını almaq üçün çox sıx bir mübarizə var”.


Nazir Yumaklı vətəndaşlardan xüsusilə bu dövrdə yanğınlara qarşı daha həssas olmalarını istəyib.

**10:29

Türkiyənin Çanaqqala, Aydın və İzmir vilayətlərini meşə yanğınları bürüyüb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

 

“CNN Türk”ün məlumatına görə, İlk yanğın İzmir vilayətinin Karacadağ kəndi yaxınlığında başlayıb. Müvafiq qüvvələr demək olar ki, dərhal yanğını söndürməyə başlayıblar.

 

Bundan sonra Germiyan kəndi yaxınlığındakı Çeşmə kurortunun ərazisində növbəti yanğın baş verib. Türkiyə Müdafiə Nazirliyi yanğınsöndürənlərə kömək üçün əlavə 5 helikopter göndərib.

 

Türkiyənin İzmir bölgəsində Səlcuq və Menderes rayonlarında dünəndən başlayan meşə yanğınlarını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışırlar.

 

TRT Haber xəbər verir ki, Səlcuq-Kuşadası avtomobil yolunun yanındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın gecə boyu davam edib.

 

Dünən gecə hava qaralınca kəsilən hava müdaxiləsi günün erkən saatlarında vertolyot və təyyarələrlə davam etdirilib.

 

Çeşmə və Torbalı yanğınlarının isə artıq nəzarət altına alındığı bildirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.