Obama Baydenin qələbəsinə şübhə ilə yanaşır
"WASHİNGTON POST"

ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin seçkilərdə qələbə çalacağına şübhə ilə yanaşır.

 

“Washington Post”da (WP) dərc olunan məqalədə belə deyilir.

 

Obamanın fikrincə, Baydenin yenidən prezident seçilməsi üçün çətin bir yol keçməlidir. Bu yolda irəliləmək keçmiş prezident Donald Trampla ilk debatdan sonra daha da çətinləşib. 

 

“Washington Post” yazıb ki, Obamanın bu qiymətləndirməsi onun ictimai bəyanatlarından daha sərt görünüb.

 

Müəllif iddia edir ki, Obama hətta debatdan sonra Baydenə zəng edərək ona şəxsi məsləhətçi və ya ekspert kimi yardım edə biləcəyini deyib. Lakin, o, Trampın qarşısında zəif görünən hazırkı prezidenti seçki kampaniyasından geri çəkilməyə çağırmayıb.

 

Məşhur amerikalı jurnalist Taker Karlson da Obamanın Baydenin qələbəsinə inanmadığını deyib. Karlson X hesabında eks-prezidentin hazırkı ABŞ liderinə dəstək nümayiş etdirən bəyanatlarının qeyri-səmimi olduğunu iddia edib.

 

Azvision.az xatırladır ki, “Daily Mail” təxminən iki həftə öncə ABŞ-ın 44-cü prezidenti Obamanın noyabrda keçiriləcək prezident seçkilərində Baydeni əvəz edə biləcəyini yazmışdı. Demokratlar bu riskləri Baydenin səhhətinin pis olması ilə əlaqələndirirdilər. Bu mənada həlledici məqam kimi Baydenlə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp arasındakı debatı göstərirdilər. Debat isə artıq baş tutub və Bayden ilk debtada xeyli uğursuz görünüb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.