Ərdoğan və Putin Astanada görüşdülər - FƏLƏSTİN, UKRAYNA VƏ SURİYANI MÜZAKİRƏ ETDİLƏR
YENİLƏNİB, VİDEO/ FOTO


Astanada keçirilən ŞƏT sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin vəziyyəti, Rusiya ilə Ukrayna arasında münaqişə ətrafında mövcud vəziyyət, İsrailin Fələstinə təcavüzü, Suriya nizamlanması, terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilib.

 

Senzor.az bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin danışıqların yekunlarına dair məlumatında belə deyilir.

 

Türkiyə lideri vurğulayıb ki, Ankara regional və qlobal sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə atəşkəs razılaşması və daha sonra Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün zəmin yarada bilər.

O, hər iki tərəfi qane edəcək ədalətli nizamlanmanın mümkünlüyünə əmin olduğunu bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, İsrailin Fələstin ərazisinə hücumları və Təl-Əvivin Livana qarşı təhdidləri regional və qlobal sülh və sabitliyə təhlükə yaradır. Onun sözlərinə görə, münaqişənin genişlənməsi region ölkələrinə ən böyük ziyan vuracaq. Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti “səyləri İsraili dayandırmağa yönəltməyə” çağırıb.

 

Terrorla mübarizə mövzusuna toxunan Ərdoğan Türkiyənin öz sərhədlərində terror dövlətinin yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

 

O, Suriyadakı vətəndaş müharibəsi başda olmaqla terror təşkilatları üçün əlverişli mühit yaradan qeyri-sabitliyə son qoymaq üçün konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Prezident Ərdoğan Türkiyənin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Rusiya Prezidenti Vladimir Putin deyib ki, hazırda dünyada mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkəsi ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. “Biz əvvəlki bir neçə ayda ticarət dövriyyəsinin cüzi azalmasını qeyd etmişik, lakin o, kifayət qədər yüksək səviyyədə qalır - dollar ekvivalentində hesablasaq, 55 milyard dollar”, - Rusiya Prezidenti bildirib.

 

Putin həmçinin Türkiyə ilə böyük müştərək layihələrin həyata keçirilməsinə diqqət çəkib, onun sözlərinə görə, bu layihələr “təqvim və plana uyğun həyata keçirilir” və "heç bir uğursuzluq yoxdur".

 

“Yeni layihələr də nəzərdə tutulub. Biz buna, eləcə də bu gün Sizinlə görüşmək və şəxsi söhbətdə ötən il ərzində görülmüş işlərə yekun vurmaq, yaxın gələcəkdə görəcəyimiz işlərin perspektivlərini müəyyən etmək imkanından çox şadıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.

 

Bundan əlavə, Putin Rusiya Federasiyasından gələn 6,3 milyon nəfər turist üçün Türkiyədə yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib.

 


**16:49 (03.07.2024) 



Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.


Senzor.az bildirir ki, liderlər Astanada görüşüblər.


Ərdoğanla Putin iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.