Moldova hökuməti İrəvan-Kişinyov aviareysləri üçün ciddi tələblər müəyyən edib

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.


“Sputnik Armenia”nın xəbərinə görə, bu barədə tələb Moldova hökuməti tərəfindən irəli sürülüb.


Müəyyən olunan tələblərə əsasən, Ermənistandan uçan sərnişinlər həm uçuşdan öncə, həm də təyyarə eniş etdikdən sonra ciddi yoxlamadan keçəcək. Rəsmi Kişinyovun tələblərinə cavab verməyənlər isə “arzuolunmaz şəxs” elan edilməklə, bir daha Moldova ərazisinə buraxılmayacaq.


Eyni zamanda, Ermənistandan gələn təyyarənin sərnişinlərinə 3000 ABŞ dollarından artıq valyuta gətirməyə icazə verilməyəcəyi də açıqlanıb.


Qeyd edək ki, bu qərarın verilməsinə son günlər Rusiya vətəndaşlarının İrəvan-Kişinyov təyyarəsi ilə Moldova ərazisinə daxil olduğu barədə xəbərlərin yayılması səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.