Türkiyə Prezidenti Astanada Çin lideri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Astanada Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

 

Senzor.az bildirir ki, danışıqlar Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Astanada keçirilən 24-cü sammiti çərçivəsində baş tutub.

 

Çin Xalq Respublikasının sədri deyib ki, ölkəsinin və Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi oxşardır: “Çin və Türkiyənin Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı və digər məsələlərdə oxşar baxışları var”.

Si Cinpin vurğulayıb ki, Çin və Türkiyə qarşılıqlı maraqlara əsaslanaraq bir-birini dəstəkləməli, siyasi etimadı daim gücləndirməli, yüksək səviyyəli qarşılıqlı fəaliyyəti təşviq etməli və ikitərəfli strateji əməkdaşlığı daha fəal şəkildə inkişaf etdirməyə çalışmalıdır.

 

ÇXR lideri əlavə edib ki, Pekin ticarət dövriyyəsini artırmağa və Türkiyə iqtisadiyyatına investisiyaları stimullaşdırmağa çalışır, həmçinin Ankara ilə BMT-də və digər çoxtərəfli formatlarda koordinasiyanı gücləndirməyə hazırdır.

  

ŞƏT sammitinin keçirildiyi Müstəqillik Sarayındakı görüş mətbuata qapalı olub.

 

İclasda xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və xəzinə və maliyyə naziri Mehmet Şimşək iştirak ediblər.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.