Britaniyanın yeni Baş naziri kabinetinə təyinatlar etdi YENİLƏNİB


Britaniyanın yeni Baş naziri Keir Starmer kabinetinə nazirlər təyin edib.

 

Senzor.az bildirir ki, bu gün o, Kral Çarlzla görüşdükdən sonra rəsmi olaraq Baş nazir vəzifəsinin icrasına başlayıb. 

 

Baş nazirliyin ofisi olan “10 Downing Street” önündə çıxış etdikdən sonra Keir Starmer kabinetini qurmağa başlayıb.

 

Yeni təyinatlara əsasən Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə xarici işlər naziri təyin olunub. Bundan əlavə Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz isə maliyyə naziri təyin olunub.

 

Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.

**19:30


Böyük Britaniyanın yeni xarici işlər və müdafiə nazirləri təyin olunub.


APA-nın məlumatına görə, bu barədə qərarı baş nazir Kir Starmer imzalayıb.


Qərarda göstərilib ki, xarici işlər naziri vəzifəsinə Devid Lemmi, müdafiə naziri postuna isə Con Hili gətirilib.


Bundan əlavə, yeni hökumətdə daxili işlər naziri vəzifəsini İvett Kuper, maliyyə naziri postunu isə Reyçl Rivz tutacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.