HƏMAS hərəkatı ABŞ Prezidenti Co Baydenin İsraillə elan etdiyi razılaşmaya ilkin razılıq verib.
Bu barədə “Associated Press” HƏMAS və Misir rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, HƏMAS nümayəndələri ilkin mərhələdə müharibəni tam dayandırmaq öhdəliyi ilə bağlı əsas tələbdən imtina ediblər.
Bildirilib ki, sövdələşməyə tam altı həftəlik atəşkəs, əsasən, qadınların, qocaların və yaralıların girovluqdan azad edilməsi daxildir.