İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.
TASS bildirir ki, ABŞ Dövlət Departamentindən verilən məlumatda belə deyilir.
“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib: “Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”.
O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib: “Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”.