Britaniya və Almaniya XİN başçıları Avropanın NATO-da rolunu müzakirə ediblər - YENİLƏNİB

Böyük Britaniyanın yeni xaric işlər naziri Devid Lemmi Almaniyaya ilk səfərini edib, bu ölkənin xarici işlər naziri Annalena Berbokla görüşüb.


Bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.


Qeyd edilib ki, xarici işlər nazirləri Avropanın NATO-da mövqeyinin möhkəmlənməsi və Avropanın Ukraynanı daha effektiv dəstəkləməsini müzakirə ediblər. Yaxın Şərqdəki vəziyyət və iqlim gündəliyi də Annalena Berbok və Devid Lemminin diqqət mərkəzində olub. Böyük Britaniyanı Avropanın ayrılmaz hissəsi sayan Almaniya Xarici İşlər Nazirliyi Berlin və Londonun elm, mədəniyyət və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bildirilib ki, rəsmi Berlin Britaniyanın Avropa İttifaqına daha yaxın olması üçün çalışır.

**11:13

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilk xarici səfərini Almaniyaya edib.


Bu barədə “RİA Novosti” məlumat yayıb.


“Avropalı müttəfiqlərlə münasibətlərimizi bərpa etməyin vaxtı çatıb. Buna görə də mən Almaniyada xarici işlər naziri kimi ilk səfərimdəyəm”, - deyə Lammi bildirib.


O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə ümumi təhdidlərə qarşı durmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.


Qeyd edək ki, iyulun 5-də Leyboristlər Partiyasının sədri Kir Starmer ölkənin Kralı III Çarlzdan kabinet formalaşdırmaq hüququnu alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, David Lammini yeni hökumətdə xarici işlər naziri təyin edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.