Livan ərazisindən İsrailə onlarla raket atılıb.
Yerli KİV-in xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Raket hücumu nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, raket hücumu dünən Hizbullah Hərəkatının tanınmış nümayəndələrindən birinin pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülməsinə cavab sayılır.