Macarıstanın Baş naziri Viktor Orbanın Çinə getdiyi təsdiqlənib.
Senzor.az “Sinhua” agentliyinə istinadən bildirir ki, Baş nazir Pekinə “sülh missiyası” səfəri çərçivəsində Çinin Sədri Si Cinpinlə görüşüb.
Görüşün təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Orban sosial şəbəkədə Çinə səfərə gəldiyini bildirmişdi.
Ondan daha əvvəl - 6 iyulda Şuşadan qayıdarkən isə Orban “gözlənilməz səfərlər” edəcəyinin anonsunu vermişdi.