Dünənki raket hücumları nəticəsində artıq 38 ölü və 190 yaralımız var - ZELENSKİ
YENİLƏNİB, VİDEO

Ukraynanın dünən kütləvi raket hücumlarına məruz qalması nəticəsində hazırda dördü uşaq olmaqla 38 nəfərin öldüyü məlumdur.


Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Telegram kanalı xəbər verir.


Prezident bildirib ki, zərbələr nəticəsində 190 nəfər xəsarət alıb. Hazırda Kiyevdə 64, Krivoy-Roqda 28, Dneprdə 6 nəfər xəstəxanada müalicə olunur.


Uşaq xəstəxanasında olan bütün xəstələr başqa tibb müəssisələrinə köçürülüb. Düşmən raketlərinin vurduğu bəzi bölgələrdə xilasetmə əməliyyatları gecə boyu dayanmadan davam etdirilib.


Zelenski əlavə edib: “Şəhərlərimizin və icmalarımızın mühafizəsini artırmaq üçün işimizi davam etdiririk... Həll yolları olacaq. Bunun üçün dünyanın lazımi gücü var. Bizi dəstəkləyən və yeni birgə addımlar hazırlayan bütün liderlərə təşəkkür edirik”.


Dünən, iyulun 8-də Rusiya ordusu Ukrayna ərazisinə növbəti genişmiqyaslı hücum həyata keçirib. Əvvəlcə Krivoy-Roq və Kropivnitski rayonu raket hücumlarına məruz qalıb. Daha sonra Kiyev və ətrafında partlayış səsləri eşidilib. Ümumilikdə, Rusiya ordusu müxtəlif tipli 38 raketdən istifadə edib.

**10:27

Ukraynaya Rusiya Silahlı Qüvvələrinin dünənki kütləvi hücumları nəticəsində üçü uşaq olmaqla 37 nəfər ölüb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram hesabında məlumat verib.

 

Onun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 170-dən çox insan xəsarət alıb.

 

Bundan başqa, 100-ə yaxın obyektə ziyan dəyib: uşaq xəstəxanası, adi evlər, uşaq bağçaları, doğum evi, kollec, biznes mərkəzi...

 

“Rusiyanın hərbi təyyarələrini onların yerləşdiyi yerdə məhv etmək lazımdır. Təhlükəsizliklə bağlı boşluğun olmayacağı güclü addımlar atmalıyıq. Bunun üçün dünya lazımi gücə sahibdir. Tərəfdaşlar bunu edə bilərlər. Bu istiqamətdə mümkün qədər tez qərar vermək lazımdır”, - Ukrayna lideri vurğulayıb.


**21:29 (08.07.2024)


Rusiyanın bu gün Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

 

Senzor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

 

Məlumata görə, hadisə nəticəsində 140 nəfər yaralanıb.

 

**13:35


Bu gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

 

O qeyd edib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorskda yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib

 

Rusiyanın zərbəsi nəticəsində Kiyevdə artıq 9 itki var. Dneprdə Rusiyanın raket hücumu nəticəsində yaşayış binası və xidmət stansiyası zədələnib.


Ölkənin Daxili İşlər Nazirliyi isə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 20 nəfərin öldüyü, 50-yə yaxın insanın yaralandığı barədə məlumat yayıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.