Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.
Senzor.az bildirir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
"Frans-Press" agentliyinin məlumatına görə, E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib.
Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərində solçi Yeni Xalq Cəbhəsi (YXC) qalib gəlib. Yeni baş naziri YXC təqdim edəcək.