Putin Narendra Modini Rusiyanın ən ali dövlət ordeni ilə təltif edib - YENİLƏNİB

Hindistanın baş naziri Narendra Modi Rusiya Federasiyasının ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" ilə təltif edilib.


Yerli KİV xəbər verir ki, təltifetmə mərasimi Böyük Kreml Sarayında baş tutub. Putin ali ordeni Modiyə təqdim edib.


Qeyd edək ki, 1998-ci ildən bu yana 25 nəfər "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeninə layiq görülüb.


Xarici dövlət başçılarından Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev və Çin lideri Si Cinpin Rusiyanın ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" təltif olunublar.

**14:51

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında görüş başlayıb.


Yerli KİV xəbər verir ki, Putin-Modi ikitərəfli danışıqları Kremldə keçirilir.


Görüşün protokol hissəsində Rusiya Prezidenti ilk olaraq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.


Putin Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək cəhdləri də daxil olmaqla, aktual məsələlərə diqqətinə görə Modiyə təşəkkür edib.


Rusiya lideri Modini payızda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.