Fransa Prezidenti Emmanuel Makron NATO sammitinə səfərini ləğv etmək məcburiyyətində qala bilər.
Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Bildirilib ki, buna səbəb Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdən sonra yeni hökumətin formalaşdırılması üçün müxalifətin təzyiqidir.