ABŞ 2026-cı ildən Almaniyada hazırda Avropanın hər hansı bir yerində yerləşdirilən silahlardan daha uzun mənzilli yeni silahlar yerləşdirməyə başlayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ və Almaniyanın Ağ Evin mətbuat xidməti tərəfindən yayılan birgə yazılı bəyanatında belə deyilir.
Məlumatda 2026-cı ildən başlayaraq Almaniyadakı bölmələrin SM-6 (çoxməqsədli raketlər), Tomahawk (kruiz raketləri) və hazırda Avropada yerləşdirilənlərdən əhəmiyyətli dərəcədə daha geniş diapazona malik eksperimental hipersəs sürətinə malik raketlərdən ibarət yeni silahlarla təmin ediləcəyi bildirilir.
Məlumatda həmçinin, bu silahlandırmanın gələcəkdə də davam etridiləcəyi vurğulanır.