Ukrayna 15 min məhbusu orduya cəlb etməyi planlaşdırır

Ukraynanın hakimiyyət orqanları əvvəllər imzalanan qanun layihəsi çərçivəsində təxminən 15 min məhkumu ordu sıralarına cəlb etməyi planlaşdırır.


“Financial Times” qəzeti bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuskaya istinadla məlumat yayıb.


“İlkin mərhələdə təxminən 5 min məhbusun orduya çağırılacağı gözlənilir ki, əlverişli şərtlər altında bu rəqəm üç dəfə arıq ola bilər”, - deyə Denis Malyuska bildirib. Onun sözlərinə görə, indiyədək Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyini bildirən 5,2 min məhbusdan 2 min 872 nəfəri ordu sıralarına cəlb olunub.


“Məhkumların səfərbər edilməsi haqqında” qanun layihəsi mayın 17-də Volodimir Zelenski tərəfindən imzalanıb. Layihə azadlıqdan məhrum edilmiş şəxslərin törətdikləri əməllərdən asılı olaraq səfərbərlik və ya hərbi vəziyyət dövründə hərbi xidmət müqabilində şərti azadlığa buraxıla biləcəyini nəzərdə tutur.


Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün başladığı 2022-ci il fevralın 24-dən ölkədə hərbi vəziyyət rejimi qüvvədədir. Volodimir Zelenski fevralın 25-də ümumi səfərbərlik haqqında fərman imzalayıb. Qanuna əsasən, hərbi vəziyyət dövründə 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edilib, hərbi xidmətdən yayınanlara isə beş ilədək həbs cəzası müəyyən olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.