Ərdoğan Vaşinqtonda Zelenski ilə taxıl müqaviləsinin bərpasını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, görüşdə Türkiyə lideri bildirib ki, Ankara taxıl sazişinin bərpası üzrə işə başlayıb və Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüslərə hazırdır.

 

Bundan əvvəl Ərdoğan iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib ki, Türkiyə Qara dəniz taxıl sazişinin yeni formatda bərpa olunmasına ümid edir. O, bu istiqamətdə aparılan danışıqların nəticə verəcəyinə və Qara dəniz taxıl dəhlizinin yenidən işə başlayacağına ümid etdiyini bildirib.

 

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti 2023-cü il iyulun 17-də başa çatıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.